İranda Müqəddəs Müdafiənin 107 şəhidinin pak cənazəsi cənub-qərbdə yerləşən Şələmçə sərhədindən İran İslam Respublikası torpağına daxil olub.
İranın Silahlı Qüvvələrinin Baş Qərargahının Şəhidlərin Pak Cənazələrinin Axtarışı komitəsinin sədri Polkovnik Hüseyn Eşqi deyib: Müqəddəs Müdafiənin 107 şəhidinin pak cənazəsi cümə axşamı günü Şələmçə sərhədində İraq rəsmilərindən təhvil alındı və qarşılıqlı olaraq, 47 iraqlı əsgərin cəsədi onlara təhvil verildi.
İranın bu şəhidlərinin pak cənazələri İraqın cənubunda yerləşən Fav adası və Məcnun neft çıxarma məntəqələrində tapılıbdır.
İran xalqı və məsul şəxslərindən çox saylı qrup Şələmçə sərhədində Müqəddəs Müdafiə dövrünün şəhidlərinin pak cənazələrini məhəbbət və duyğu ilə qarşılayıblar.