DünyaXƏBƏRLƏR

Bakıda çevriliş ola bilərmi?

Azərbaycan hakimiyyəti və rəsmi Vaşingtondan çevriliş anonsu!
Azərbaycan Respublikası hakimiyyəti və ABŞ mənbələrinin Bakıda iğtişaş ehtimalının barəsində anonslarına Milli Şuraya üzv olan müxalifət reaksiya verib.

Avqustun 30-da Prezident Administrasiyasının (PA) ətrafında mülki geyimli şəxslərin və həmçinin polislərin yerləşdirilməsindən sonra ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində dərc olunan məqalədə Azərbaycanda dövlət çevrilişi ehtimalına da toxunulub.

Sözügedən məqaləni amerikalı diplomatlar Denis Korboy və Riçard Kozlariç yazıb.
Tam mətni “Yeni Müsavat”da çap olunan məqalədə yazılıb : “Azərbaycanda siyasi çevriliş potensialı kütləvi korrupsiya, sərvətin qeyri-bərabər bölüşdürülməsinin və diktaturanın fonunda artmaqdadır. 2011-ci ildə baş verən ictimai etirazlar hakim elitanı qorxudub. Ona görə İlham Əliyev nəzarəti gücləndirərək jurnalist və bloggerləri həbs edib. O, həmçinin qarşıdan gələn prezident seçkilərində ona rəqib olmalı olan müxalifətin lideri Rüstəm İbrahimbəyovun ölkəyə qayıdışına da mane olur”.
Hakimiyyətdən və ABŞ-dan gələn bu çevriliş anonslarından sonra Milli Şura təmsilçiləri bu tezlikdə heç bir aksiyanın planlaşdırılmamasını bildiriblər.
PA ətrafına polislərin yerləşdirilməsi xəbərindən sonra Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib : “Tədbirlər sentyabrın 15-dən sonra keçiriləcək”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə deyib : “Sentyabrın 15-də keçiriləcək mitinqə hazırlaşırıq. Hazırda Cəmil Həsənlinin namizədliyi üçün imza toplayırıq, bütün gücümüzü bu işə sərf edirik”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu