Fələstin İslami Müqavimət Hərəkatı Həmas liderlərindən İsmayıl Rıdvan, Fələstinin İranın yardımlarına möhtac olduğunu bildirdi.
Livanın əl-Mayadin televiziyasına danışan Həmas liderlərindən İsmayıl Rıdvan, Fələstinli qrupların İran İslam Respublikası ilə əlaqələrini davam etdirəcəyini vurğulayaraq, Fələstin xalqının, öz idealını gücləndirmək üçün bu əlaqəyə ehtiyac duyduğunu söylədi.
HƏMAS-ın inzibati və təşkilat olaraq İhvan’ul Müslimin qrupu ilə hər hansı bir bağının olmadığını və HƏMAS liderləri arasında kreslo və güc döyüşü mövcud olmadığını ifadə edən Rıdvan, Həmasın daxili seçkilərinin xarici və ya regional müdaxilələrin təsiri altında olmadığını ifadə edərək, bu ana qədər HƏMAS içində başçılıq üçün kimsənin namizəd olmadığını söylədi.