Sionist rejim hərbçiləri Beytül-Müqəddəsdə Silvan məntəqəsinə basqın edib və fələstinli uşaqları hədələyiblər.
Fələstinin internet xəbər portalı bir məlumatda qeyd edib: Sionist rejim hərbçiləri cümə axşamı günü gecə ( 5 sentyabr ) Silvan məntəqəsinə hücum edib və bu məntəqənin mərkəzi məhəllələrində mərkəzləşiblər.
Sionist rejim hərbçiləri oradakı fələstinli uşaqların əlindən bayraqlarını almağa cəhd ediblər.
Habelə sionist şəhərcik sakinləri Silvan məntəqəsində Quran tilavətinin səsini eşidən zaman avaz oxumağa başlayıblar. Bu da , fələstinlilərin əsəbiləşməsinə səbəb olub.
Sionist rejim qüvvələri həmçinin sionist qəsəbə sakinlərinin köməyi ilə təxminən hər gün fələstinliləri hücuma məruz edərək onlardan bir neçə nəfərini döyür və ya həbs edirlər.