Ərəbistanın Suriyaya qarşı hərbi hücumları geniş surətdə dəstəkləməsinə və Suriyaya hərbi hücum üçün fransız və amerikan qanunvericilərin himayəsini cəlb etmək istiqamətində şahzadə Bəndər Bin Sultanın ödədiyi rüşvətlərə əsasən, hazırda Amerika ilə Rusiyanın Suriyanın kimyəvi silahlarının 2014-cü ilin ortalarınadək məhv edilməsi sahəsindəki razılaşmaları və Suriyaya hərbi hücum ehtimalının azalması Ərəbistan kəşfiyyat aparatı başçısının qəzəbinə səbəb olub.
Livanın Xəbər-Press agentliyinin məlumatına əsasən, Bəndər Bin Sultana yaxın olan qaynaqların dediklərinə görə, o, Rusiyanın təklifindən agah olandan sonra Rusiya dövlətinə qarşı nalayiq sözlər deyə-deyə, Beyrutun cənub hissəsinin sakinlərinə vəd verib ki, bu məsələnin əvəzini çıxacaq və bu məntəqənin şiə anaları öz uşaqlarının ölümlərinin şahidi olacaqlar.
Bu mənbənin sözlərinə görə, Ərəbistan kəşfiyyat aparatı başçısının hiddəti o yerə çatıb ki, belə xəbərdarlıq edib: Suriyanın prezidenti- Bəşşar Əsədin hakimiyyətinin davam etməsi və İranın güclülüyünə dözməyəcək və Suriyaya, İrana və Livanın Hizbullah Müqavimət Hərəkatına cavab verəcəyəm.
Bu məlumata əsasən, bu səudiyyəli şahzadə Livanın Hizbullah Müqavimət Hərəkatı ilə İran dövlətinin mövcud olmasını Suriya dövlətinin yerində qalmasının amillərindən adlandırıb və belə deyib: Hizbullah və İranın Suriya dövlətindən himayələrinin mövcud olduğu zamanadək Bəşşar Əsəd süqut etməyəcəkdir.
