İraqXƏBƏRLƏR

İraqçının sanksiyaların güclənməsinə reaksiyası: Sanksiya siyasəti məğlubiyyətə uğrayıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sanksiya tətbiq etməyi məğlubiyyətə uğramış siyasət adlandırıb və deyib: Belə üsulların öz açıq-aşkar təbii hüququnu almaqda İran xalqının iradəsinə əks təsiri yoxdur.

Seyid Abbas İraqçı ABŞ Nümayəndələr Palatası tərəfindən sanksiyaların gücləndirilməsi layihəsinin təsdiqlənməsinə reaksiyada deyib: Beynəlxalq ümumi fikir və beynəlxalq ictimaiyyət dəfələrlə BMT Baş Assambleyası vasitəsi ilə ABŞ hökumətinin xalqlara qarşı birtərəfli sanksiya tətbiq etməklə bağlı hərəkətini qətiyyətlə pisləmişdir.

“Ötən 3 onilliyin təcrübəsi göstərib ki, belə üsulların öz təbii hüququnu əldə etmək yolunda İran xalqının iradəsinə əks təsiri yoxdur. Bu məsələ hətta ABŞ təhlilçiləri və İranşünaslarının diqqət mərkəzində durmuşdur” –deyə İraqçı bildirib.

İranın xarici diplomatiya idarəsinin sözçüsü söyləyib: Sanksiya siyasəti məğlubiyyətə uğramış siyasətdir və hazırkı şəraitdə yalnız mövcud, xüsusilə də nüvə məsələsindəki problemlərin həll olunmasını mürəkkəbləşdirir və çətinləşdirir.

ABŞ Nümayəndələr Palatası ötən gün 20 əleyhinə səsin qarşısında 400 lehinə səslə İrana qarşı sanksiyaların gücləndirilməsi layihəsini təsdiqləyib.

Bu layihəyə əsasən ABŞ İran neftinin alıcılarını ümumilikdə öz illik neft idxalatında gündəlik 1 milyon barel azaltmağa məcbur edir.

Bu layihə yekun təsdiq üçün Senat tərəfindən təsdiqlənməli və ABŞ pr

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu