DünyaSuriyaXƏBƏRLƏR

ABŞ deputatından Ağ Evə xəbərdarlıq

ABŞ Konqressmeni Ağ Evə qarşı xəbərdarlıq edərək, İraq müharibəsində baş verən yanlış addımların Suriyada təkrarlanmamasını tələb edib.

ABŞ Nümayəndələr Palatasının demokrat üzvü Jan Şakofski bu ölkə hökumətindən istəyib ki, ölkənin etibar və abırını qorumaq üçün, kimyəvi silahların istifadə edilməsi üzrə Suriyaya qarşı irəli sürülən ittihamları tam ciddiyyətlə araşdırsın.

Bu deputat NBC Telekanalına verdiyi müsahibədə xatırladıb ki, İraqda kütləvi silahların istehsal edilməsi bəhanəsi ilə bu ölkəyə qarşı 2003-cü ildə tətbiq edilən müharibə yalnız yalan üzərində qurulmuş kəşfiyyat informasiyaları nəticəsində baş verdi.

ABŞ Nümayəndələr Məclisinin informasiya komitəsinn resublikaçı sədri Mayk Racerz isə ötən gün Suriya əleyhinə son günlərdə irəli sürülən iddiaları səsləndirrək, ölkə prezidenti Barak Obamadan bu xüsusda uyğun qərar çıxarmasını tələb edib.

Amerika suriya hökumətinin qiyamçılara qarşı kimyəvi silahlardan istifadə etməsi kimi ittihamları irəli sürməklə, bu ölkədə hərbi müdaxilənin edilməsinə zəmin hazırlayır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu