ABŞ Nümayəndələr Palatasında respublikaçılar müdafiə naziri Pit Heqsetə qarşı impiçment maddələrinin yekun səsvermə üçün palatanın plenar iclasına çıxarılmasına mane olublar.
Nümayəndələr 211-in 204-ə səs nisbəti ilə impiçment tələbinin müvafiq komitəyə göndərilməsinə qərar veriblər. Bu qərar impiçment tələbinin Konqresin hazırkı çağırışının fəaliyyət müddətinin başa çatmasına qalan bir neçə həftə ərzində araşdırılmayacağı anlamına gəlir.

