İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Amerikanın Suriya haqdakı yeganə seçiminin “ geri çəkilmək” olduğunu bildirib.
İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaoddin Brucerdi bazar günü media mənsublarına verdiyi açıqlaması zamanı Amerikanın Suriya haqdakı rəftarları barədə sonra deyib: Amerikanların yeganə bəhanəsi Suriyada guya kimyəvi silahların olması idi və Suriyanın Kimyəvi Silahları Qadağan edən Konvensiyaya qoşulmasından sonra Amerikanın geri çəkilməkdən başqa çarəsi yoxdur.
Brucerdi sonra deyib: Hal hazırda ABŞ kimyəvi silahlar haqda da cavabdeh olmalıdır, çünki amerikanlar dünyanın ən böyük kimyəvi silahlar cəbbəxanalarına malikdirlər.
İranlı millət vəkili İran İslam Respublikasının Suriya haqdakı mövqelərinə də toxunub.
“ İran daim Suriya böhranının həlli üçün hərbi həll yoluna ehtiyac olmadığını elan edib və hazırda da bütün dünya bu nəticəyə çatıbdır” –deyə İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri qeyd edib.