İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı deyib: Dünyanın İran prezidentinə hörməti və söylənilən bu sözlər, İran xalqının müqaviməti və möhkəm dayanmasına görədir.
Korpus Generalı Qasım Süleymani sonra deyib: Dünyanın İran prezidentinə hörmət etməsi, düşmənin təvazökarlıq göstərməsi və bu haqda söylənilən sözlər İran xalqının müqaviməti və möhkəm dayanmasına görədir.
İranda on minlərlə nəfərin kimyəvi silahlar nəticəsində yaralandığını bildirən İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı sonra deyib: Kimyəvi silahlar nəticəsində yaralanan bu yaralılar, Qərbdə mövcud olan təfəkkürün nəticəsidir.
Şərq və Qərbdə ordular üçün texnologiyalar və silahların anbar edilməsinə işarə edən Korpus Generalı Qasım Süleymani sonra deyib: Amerika ordusunun hərbi büdcəsi 700 milyard dollardır ki, İranın səkkiz illik büdcəsi qədərdir.
İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı həmçinin deyib: İraqda təqribən 3 trilyon dollar pul xərclədilər. Amma Amerika ordusu İraqda özünün bir uçuşu üçün də immunitet ala bilmədi və rüsvayçılıqla İraqı tərk etdi.