AzərbaycanXƏBƏRLƏR
Hərbi xərclər artdı
Azərbaycan Respublikasının 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1% artırılıb.
Azərbaycanın 2014-cü il dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 637 milyon 362 min manat nəzərdə tutulur. 2013-cü ildə orduya 1 milyard 528 milyon manat pul xərclənib.
Ümumilikdə, 2014-cü ildə müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 14.7%-ni təşkil edəcək.
Keçən faş olan müqaviləyə görə, Azərbaycan Respublikası hökuməti sionist rejimdən silah almaq üçün 1 milyard 600 milyon dollar pul xərcləyib.
Azərbaycan Respublikası hərbi xərcləri belə bir halda artırılır ki, rəsmi Bakı NATO və Avropa Şurası qarşısında DQ məsələsinin həllində hərbi yoldan çəkinəcəyinə dair öhdəlik götürüb.