Rusiya xarici işlər naziri Ukraynada müxalifəti etiraz aksiyalarına təşviq etdikləri üçün Avropa ölkələrini qınayıb.
Sergey Lavrov Avropa ölkələrini Ukraynada müxalifləri hökumət əleyhinə etiraz aksiyaları təşkil etməyə təşviq etməkdə ittiham edib.
Lavrov insanların hökumət əleyhinə etiraz aksiyalarında iştiraka təşviq edilməsi ilə demokratiya arasında heç bir bağlılığın olmadığını da vurğulayıb.
Bu arada Rusiyanın şimalında yerləşən San-Peterburq şəhərində bir qrup insan ABŞ-ın Ukraynanın daxili işlərinə müdaxilə etməsinə etiraz olaraq, piket keçirib.
Yerli telekanalların bildirdiklərinə görə, dünən San-Peterburqda bir qrup insan ABŞ-ın konsulluq binası önündə piket keçirərək, ABŞ-ın Ukraynanın daxili işlərinə müdaxilələrini durdurmasını tələb ediblər.