Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Qəzzə Zolağında yanacaq böhranı haqda xəbərdarlıq edib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə BMT-nin Yaxın və Orta Şərqdəki sülh nümayəndəsi Rovert Seri bu gün çərşənbə günü deyib: Qəzzə Zolağına yanacaq daşınması üçün istifadə edilən tunellərin səksən faizinin fəaliyyəti Misir Ordusunun hücumlarına görə dayandırılıb.
Robert Seri həmçinin deyib: Misir ordusunun hücumları və tunellərin dağıdılmasına görə Qəzzə Zolağı kəskin formada yanacaq və inşaat məhsulları çatışmazlığı ilə üz-üzədir.