Rusiyanın dövlət rəsmiləri Amerikanın təhlükəsizlik qurumlarının casusluqlarını ifşa edən şəxsin Rusiyada yaşama icazəsi ala bilməsi ehtimalından xəbər veriblər.
Rusiyanın Miqrasiya İdarəsinin bu gün çərşənbə günü Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi CİA-ın keçmiş işçisi Eduard Snovdenə Rusiya torpağında qalma icazəsi verməsi ehtimalı vardır.
Amerikanın casusluqlarını ifşa edən Snovden bir aydır ki, Moskvanın Hava Limalının tranzit bölməsindədir və bu müddətdə müxtəlif ölkələrə sığınma tələbi ilə müraciət edib.
Eduard Snovden Rusiyaya da müvəqqəti sığınacaq istəyi irəli sürüb. Bəzi Latın Amerikası ölkələri ona sığınacağın verilməsi ilə razılaşıblar, amma Rəsmi Moskva hələ bu istəyə cavab verməyibdir.