İran İslam Respublikasının qida yardımı yükü Qəzzə zolağına daxil olub.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən olan Şeyx Xizr Həbib İmam Xomeyni(rə) adına İmdad Komitəsi daxil olmaqla İranın qida yardımı yükünün mühasirədə olan Qəzzə Zolağı sakinləri arasında paylanması zamanı azadlığa çatmaq üzrə bütün sahələrdə Fələstin xalqını daim dəstəklədiklərinə görə İranın xalqı və dövlətinə təşəkkür edib.
Şeyx Xizr Həbib əlavə edib: İslami və ərəb ölkələri də Fələstin xalqına yardım çatdırmaq və fələstinliləri himayə üçün İran İslam Respublikasının getdiyi yolu getməlidirlər.
