AsyaDünyaFələstinXƏBƏRLƏR

İslami Cihadın İran temcilcisi: Qəzza müqavimətin simvoludur

Fələstin İslami Cihad Hərəkatının Tehran nümayəndəsi Nasir Əbu Şərif, Qəzzanın sionist rejimə qarşı müqavimət simvolu olduğunu ifadə etdi.

Tehranda “Qəzza, Müqavimət simvolu” mövzulu beynəlxalq bir konfransda danışan Əbu Şərif, Qəzza zolağının uzun illərdir, işğal rejiminə qarşı Fələstinlilərin mübarizəsinə şahidlik etdiyini ifadə etdi.

Bəzi Ərəb ölkələrinin Qəzzanın müqavimət simvolu olmasını istəmədiyini xatırladan Əbu Şərif, Qəzzanı mühasirəni davam etdirməklə yox etmək istədiklərini qeyd etdi.

Işğal rejimi İsrailin 2007-ci ildən bəri, Qəzzanı mühasirə altında tutduğunu xatırladan Fələstin İslami Cihadt Hərəkatının Tehran nümayəndəsi, təəssüf ki, bu mühasirənin yalnız Sionistlər tərəfindən deyil, Ərəb ülkelerince də daha sıx şəkildə edildiyini ifadə etdi.

50 günlük döyüşdə yıxılan Qəzzanın yenidən abadlığı üçün indiyə qədər heç bir şeyin edilmədiyini ifadə edən Əbu Şərif, Sionist rejimin Məscidi-Əqsa və Qüdsə istiqamətli sui-qəsdləri qarşısında xəbərdarlıq etdi.

“Qəzza, Müqavimət simvolu” mövzulu beynəlxalq konfransına, İslami Şura Məclisinin sədri Əli Laricani də qatıldı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu