DünyaSuriyaXƏBƏRLƏR

“Əsl xoxanlar Suriyada döyüşürlər”

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə oktyabrın 28-də ilahiyyatçı Taleh Bağırovun işi üzrə Sabunçu Rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesi zamanı baş vermiş hadisələrlə bağlı mətbuat konfransı keçirilib.

İslamçıların Hüquqlarının Müdafiə komitəsinin üzvü Emil Rahiloğlu bildirdi ki, məhkəmə prosesi zamanı baş verənlər prosesə gələn inanclıların sayını azaltmayacaq.

“Biz öz vətənimizdə daima qalaraq yaşayacağıq. Və ya bizdən xoxan düzəldib Avropaya göstərmək istəyirlərsə, bilsinlər ki, əsl xoxanlar Qarabağı qoyub Suriyada vuruşmaqla məşğuldurlar. Buyurub onları göstərsinlər” , – deyə Emil Rahiloğlu bildirdi: ” Yaxşı olardı ki, gedib vəhhabiləri maliyyələşdirənləri və onların qeyri-qanuni əməlləri ilə bağlı tədbir görsünlər. Maraqlıdır ki, nəyə görə biz bu oyunun qurbanlarına çevrilməliyik?“

AXCP-nin sədr müavini Nurəddin Məmmədli bildirdi ki, baş verənlərin hamısı nə qədər dəhşətli olsa da, bir o qədər təbiidir: “Çünki seçki saxtakarlığından sonra Azərbaycan hakimiyyəti çox çətin duruma düşüb.”

Tədbirdə çıxış edən DEVAMM sədri İlqar İbrahimoğlu bildirdi ki, hüquqları pozulmuş şəxslərin müdafiəsi üçün hər bir kəs öz gücünü səfərbər etməlidir: “ Düşünürəm ki, növbəti dəfə təşkil olunacaq tədbiri daha geniş formatda təşkil etmək lazımdır. Baş verənlər repressiya dalğasının növbəti mərhələsidir. Hesab edirəm ki, proses bununla bitməyəcək. Elə bir sistem qurulmalıdır ki, müdafiə prosesinə ölkənin ənənəvi hüquq müdafiəçilərinin hər biri qatılsın.
DEVAMM sədri onu da bildirdi ki, ölkədə islami-cameə iki problemi həll olunmayana qədər gərginlik davam edəcək: “Bunlar hicab problemi və bu problemə görə edilən zülmlərdir. Hicabla bağlı zülm edənlər birbaşa və ya dolayı yolla üzr istəməlidirlər. Eyni halda hicaba görə həbs edilən insanların hamısı qeyri-şərtsiz və minnətsiz olaraq azadlığa buraxılmalıdırlar. Bu iki məsələmiz ortadadır və fikirləri yayındırmağa çalışmasınlar. Digər tərəfdən o da vurğulanmalıdır ki, ölkənin inanclı kəsimi islamla bağlı yaşanan problemlərlə yanaşı, təhsil, elm korrupsiya və digər sahələrdə baş verən problemlərə görə ciddi şəkildə narahatdır və öz etirazlarını bildirir.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu