DünyaİranXƏBƏRLƏR

İran Əhməd Şəhidin hesabatına cavab verib

İran İslam Respublikası İnsan Haqları Qərargahının katibi Cenevrədə BMT İnsan Haqları Şurasının 22-ci iclasında xüsusi məruzəçi Əhməd Şəhid tərəfindən irəli sürülən ittihamlara cavab verib və deyib: İnsan haqları bəşər mədəniyyətinə hücum məkanına çevrilməkdədir.

Məhəmməd Cavad Laricani İran İslam Respublikasında insan haqlarının vəziyyəti barəsində xüsusi məruzəçinin hesabatına reaksiyada deyib: Hazırkı bəşər mədəniyyətinə hücum insan haqlarında indiyə qədər törədilmiş ən böyük cinayətdir. Mən bunları açıq şəkildə bildirirəm: İran müsəlman ölkəsi və dünya müsəlmanlarının böyük ictimaiyyətinin bir hissəsi olaraq eyni şəkildə bu ilahi haqqa malikdir. Eyni zamanda islam məntiqi və öz dəyərli mədəniyyətinə əsasən həyat tərzinə sahibdir. Laricani Əhməd Şəhidin BMT İnsan Haqları Şurasına 4-cü hesabatını qeyri-konstruktiv addım, qərəzli və qeyri-sağlam adlandırıb: Bu hesabatın baniləri ABŞ və onun avropalı müttəfiqləridir.

Belə bir hesabatın üzərində BMT gerbinin olduğundan təəssüfləndiyini bildirən Laricani söyləyib: Belə addımlar, texniki baxımdan yalnız sistemdaxili potensialların gücləndirilməsinə göz yumur və atmosferi qütbləşmək və BMT-də insan haqlarının daha çox siyasi xarakter almasına doğru yönəldir.

İnsan Haqları üzrə yüksək heyətin müşayiəti ilə Cenevrədə BMT qərargahında olan İranın İnsan Haqları Qərargahının katibi belə qətnamələrin bəzi ölkələri seçim formasında hədəfə aldığını vurğulayaraq deyib: Bu qətnamələr insan haqlarının dəyərli mexanizmlərini qüdrətli ölkələrin əlində siyasi rəqabət üçün vasitələr səviyyəsinə qədər endirir.

Əhməd Şəhidin hesabatının ən bariz nöqsanlarından biri onun qərb ölkələri tərəfindən İran xalqına qarşı birtərəfli və ağır sanksiyalarına tam diqqətsizliyi olmuşdur.

Cavad Laricani bu məsələyə toxunaraq deyib: Təəssüfləndirici haldır ki, bu hesabatda qərb ölkələrinin İrana qarşı insan haqlarına zidd və birtərəfli sanksiyalarına heç toxunulmayıb.

İran İslam Respublikası bu məsələni nəzərə alaraq israr edir ki, xüsusi məruzəçinin təyin olunması qeyri-münasib bir qərardır. Lakin bu qərar beynəlxalq qanunlar çərçivəsində öz fəaliyyətlərini yerinə yetirməli olan bir qurum kimi İnsan Haqları Şurasının imicinə zərbə vurmaq üçün verilmiş qərardır. Təəssüfləndirici haldır ki, bu hesabat da öncəki hesabatlar kimi insan haqlarının gücləndirilməsi və himayə olunmasına səbəb olacaq, eləcə də BMT insan haqları mexanizmlərinin imicini daha da yüksəldəcək istənilən müsbət bir nöqtəyə malik deyil.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu