BMT Baş Assambleyasının Tərksilah və Beynəlxalq Təhlükəsizlik Komitəs İran İslam Respublikası prezidentinin nüvə tərksilahı ilə bağlı 3-lü təklifi əsasında hazırlanan və Qoşulmayanlar Hərəkatı tərəfindən irəli sürülən qətnamə layihəsi 129 lehinə, 28 əleyhinə və 19 bitərəf rəy ilə qəbul edilib.
Qətnamə layihəsində yer alan 3 təklif bunlardan ibarətdir:
1 – Nüvə silahlarının əldə edilməsi, istehsalı, modernləşdirilməsi, anbar edilməsi və ondan istifadəni qadağan edən habelə, nüvə silahlarının tamamilə məhv edilməsinə zəmin yaradacaq beynəlxalq bir konvensiyanın hazırlanması üçün dərhal müzakirələrə start verilməsi.
2 – Nüvə tərksilahı üzrə 2018-ci ildə yüksək səviyyəli bir beynəlxalq konfransın keçirilməsi.
3 – Hər ilin 26 sentyabr tarixinin Beynəlxalq Nüvə Silahlarının Məhvi Günü adlandırılması.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu təklifləri Qoşulmayanlar Hərəkatına üzv 120 ölkə adından BMT Baş Assambleyasının nüvə tərksilahı üzrə Nyu-Yorkda keçirilən ilk ali iclasında təqdim etmiş idi.
Bu təkliflər nüvə tərksilahı üzrə ali iclası və BMT Baş Assambleyasının Nüvə Tərksilahı və Beynəlxalq Təhlükəsizlik Komitəsinin illik iclasında iştirak edən bir çox nümayəndə heyəti tərəfindən müsbət qarşılanmış, dünyanın nüvə silahlarından təmizlənməsi istiqamətində münasib yol xəritəsi adlandırılmışdı.
Qoşulmayanlar Hərəkatı nüvə tərksilahı üzrə bu ali iclasın təşəbbüskarı olaraq, qərb ölkələrinin bundan öncəki addımlarının zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atmış olub. Belə ki, Qərb dövlətləri nüvə silahlarının yayılması təhlükəsi məsələsini qabartmaqla bəzi ölkələrə təzyiqlərin edilməsinə nail olmaq və bu yolla da ümumi diqqəti daha mühüm olan məsələdən yəni, dünyada minlərlə nüvə silahının var olması təhlükəsindən yayındırmağa çalışırlar.