DünyaXƏBƏRLƏR

ABŞ prezidentinin köhnəlmiş məktubu rəsmi Bakını razı salıb!

Nəhayət ki, Azərbaycan Respublikasının prezident seçkisindən bir ay sonra ABŞ prezidentinin ikibaşlı məktubu prezident İlham Əliyevə göndərilib və bu isə rəsmi Bakını razı salıb.

Rəsmi Bakı, məktubu təbrik məktubu kimi dəyərləndirsə də digərləri bunu təbrik məktubu yox xəbərdarlıq məktubu kimi qiymətləndiriblər.

Deputat Aydın Mirzəzadə Barak Obamanın 7 noyabr məktubunu Amerika Birləşmiş Ştatlarının Azərbaycanda keçirilən prezident seçkisini demokratik qəbul etməsinin göstəricisi sayır.

Aydın Mirzəzadənin fikrincə, prezident İlham Əliyevə ünvanlanan bu məktubla Amerika rəhbərliyi regionda və dünyada bir çox layihələr üzrə Azərbaycanla birgə iştirakda maraqlı olduğunu ortaya qoyur.

Hakimiyyət təmsilçisi deyib : “ABŞ prezidenti sadəcə diplomatik etiket nümunəsi göstərmir, Azərbaycanla indiyə qədər olan əlaqələri daha da dərinləşdirmək, yeni layihələr üzərində işləmək istəyini ortaya qoyur. Obamanın məktubu Amerika Birləşmiş Ştatlarının 9 oktyabr seçkisini tanımadığı, seçkiyə mənfi qiymət verdiyi barədə deyilənlərə son verdi.”
Politoloq Ərəstun Oruclu ABŞ prezidentinin İlham Əliyevə göndərdiyi məktubu “Media forum”a şərh edərkən deyib : “Barak Obamanın məktubunda heç bir təbrikdən söhbət getmir, gedə də bilməz”.

Məktubda bir sıra çağırışların yer aldığını deyən politoloq onu daha çox əməkdaşlıq xarakterli təklif mesajı kimi qiymətləndirir: “Üçüncü müddətə prezident vəzifəsinin icrasına başlamaq” kəlməsinə təbrik demək olarmı? Məktubda daha çox insan haqlarının durumu, demokratik inkişaf sahəsində əməkdaşlıq, seçkilərin təkmilləşdirilməsi və digər məsələlər qabardılıb. Bu da təsadüfi deyil. Məktub bir növ çağırış xarakteri daşıyır. Təklif edilən əməkdaşlıq konturları da rəsmi Bakını yetərincə narahat edən məsələləri əhatə edir. Bəzi məlumatlara görə, məktub hətta bir müddət saxlandıqdan sonra mətbuata verilib.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu