DünyaXƏBƏRLƏR

Ərəbistan kralının maaşı: “Qəpik-quruş” 2 milyon dollar!

Ərəbistan kralı dünyanın ən varlı şəxsləri sırasında yer alma kimi bir vəziyyətə malik olmaqla yanaşı, aylıq olaraq 2 milyon dollar maaş alır.

Brüssel Universitetinin iqtisadiyyat müəllimi və dünya kralları və ölkə başçılarının maaşları və gəlirləri haqda birinci tədqiqatın müəllifi olan professor Hermann Mayioces bildirib: “Ərəbistan kralı dünyanın ən varlı şəxsidir. Belə ki, onun varidatının dəyəri 1 milyard dollardan daha çoxdur və bundan əlavə aylıq olaraq 2 milyon dollardan daha çox maaş alır”.

Bu elə bir haldadır ki, Ərəbistanın iqtisadiyyat və proqramlaşdırma naziri Məhəmməd Əl-Caser son zamanlar etiraf edib ki, bu ölkədə xalq bir adi vətəndaşın şəninə münasib olmayan evlərdə yaşayırlar.

Ərəbistanın iqtisadi ekspertləri vurğulayırlar ki, bu ölkədə sərvətin ədalətli formada paylanmamasına görə Ərəbistanda yoxsulluq və gərgin vəziyyət qırmızı xətti də keçibdir.

Statistikalara əsasən Ərəbistan əhalisindən 60% yoxsulluq səviyyəsindən daha aşağı vəziyyətdə yaşayır və Ərəbistanda adam başına düşən illik gəlirin 1500 milyard rial olmasına rəğmən, hər bir ərəbistanlı dövlət işçisi orta hesabla aylıq olaraq 1500 rial maaş alır. Ərəbistan kralından sonra Qətər əmiri ən çox aylıq maaş alanlar sırasındadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu