Ərəbistan kralının ögey qardaşı ərəb ölkələrindən istəyib ki, Moskvanın S-300 raket komplekslərini Suriyaya verməsi qərarına reaksiya olaraq, öz səfirlərini Rusiyadan geri çağırsınlar.
Təlal bin Əbdüləziz öz rəsmi Tvitter səhifəsində yazıb: Rusiyanın S-300 raket komplekslərini Dəməşqə təhvil verməkdə israrlı olması ilə bağlı xəbərlər məni narahat etdi. İstərdim ki, Ərəb Liqasına üzv ölkələr bu məsələyə reaksiya olaraq, öz səfirlərini (məsləhətləşmək üçün) Moskvadan geri çağırsınlar.
ABŞ, İsrail rejimi və onların regional müttəfiqlərinin xüsusilə də Ərəbistan, Qətər və Türkiyənin S-300 raket qurğularının Suriyaya təhvil verilməsi üzrə Moskvanın qərarından nigaranlıq edirlər. Halbuki, bu raket qurğusu sırf müdafiə xarakteri daşıyır və düşmənin hava hücumlarının qarşısını almaq üçündür.
Suriya böhranının başlandığı gündən bu ölkə ərazisinə havadan təcavüz edən tərəflər İsrail və Türkiyə olub.