DünyaİranLivanXƏBƏRLƏR

ABŞ bir daha İranı terrorizmi himayədə ittiham etdi

Birləşmiş Ştatlar terrorizmlə bağlı illik hesabatında bir daha İranı “terrorizmi himayə” adlandırdığı məsələdə ittiham edib.

ABŞ Dövlət Departamentinin illik hesabatında iddia edilir ki, İranın terrorizmi himayə sahəsindəki səyləri 2012-ci ildə daha da artıb və terrorizmi himayədə İranın adı daha qabarıq formada önə çıxıb.

Bu hesabatda deyilir: “İran və Hizbullahın terror fəaliyyətləri ötən əsrin 90-cı illərindən bəri görünməmiş həddə çatıb. Belə ki, bu terror fəaliyyətləri hazırda Asiyanın cənub şərqində, Avropada və Afrikada terror hücumları ilə yanaşı olub.”

Aydın məsələdir ki, terrorçu qrupların yaradılması, onların himayə edilməsi və onlardan öz qeyri-qanuni məqsədlərinə nail olmaq üçün istifadə ABŞ-ın “parlaq” keçmişinin bariz nümunələrindən sayılır. Buna görə də, ABŞ bu məsələdə fikir bildirmək səlahiyyətinə malik olacaq ən son dövlət sayılır.

Maraqlıdır, İrana qarşı bu ittihamlar elə bir şəraitdə irəli sürülür ki, ABŞ-ın terrorçu Münafiqlər qruplaşmasının adını terrorçu təşkilatlar siyahısından çıxartması, Ağ Evin terrorizmlə bağlı mövqeyinin ikili standartlara əsaslandığını bir daha sübut etmiş olub.

ABŞ hökuməti 12 mindən çox günahsız və müdafiəsiz iranlının qanını axıtmış terrorçu Münafiqlər qruplaşmasının ətrafında təhlükəsizlik çənbəri yaratmaqla yanaşı, Ağ Evin yaxınlığında bu qruplaşmanın cinayətkar liderlərinə ofis təsis etmək icazəsi verib.

Diqqəti özünə cəlb edən məsələ isə İranda 11-ci prezident seçkilərinin yaxınlaşması ilə ABŞ-ın İrana qarşı bu kimi hərəkətlərinin daha da artmasıdır.

1994-cü ildə Argentinanın paytaxtı Buenes Ayresdə yəhudilərə məxsus binada partlayışın törədilməsi məsələsinin yenidən gündəmə gətirilməsi, bir daha İranın bu məsələdə müqəssir tərəf kimi qələmə verilməsi, əslən iranlı olan Ərbab Siyər adlı ABŞ vətəndaşı haqda 2 il öncə Ərəbistanın Vaşinqtondakı səfirini terror etməyə cəhd göstərmək ittihamı ilə 25 il həbs qərarının çıxarılması və sair, heç də təsadüfi hesab edilə bilməz.

Bəlkə də belə bir təsəvvür yaransın ki, İrana qarşı belə bir atmosferin yaradılmasında məqsəd terrorizmin genişlənməsi xüsusunda mövcud olan nigaranlıqdır. Amma, məsələ bundadır ki, əgər Amerika doğrudan da terrorizmlə bağlı nigaranlığa malikdirsə, o zaman nə üçün sionist rejimin dövlət terrorizmini hərtərəfli formada himayə edir və bu məsələ ümumiyyətlə Vaşinqton üçün nigaran edici məsələ sayılmır? Hətta, İsrailin dövlət terrorizmini özünü müdafiə adlandırır?
Terrorizmi himayə ilə bağlı reallıqları əslində ABŞ Konqresinin müxtəlif qərarlarında axtarmaq lazımdır.

ABŞ-ın digər ölkələrin daxili işlərinə müdaxilə xarakterli siyasətlərində, ABŞ-ın qeyri-qanuni maraqlarını təmin etmək üçün terror təşkilatlarının maliyyələşdirilməsi və onların himayə edilməsində axtarmaq lazımdır həqiqi terrorizmi. ABŞ-ın İraq, Əfqanıstan və Pakistanda terrorizm ilə mübarizə adlandırdığı siyasətə əslində terrorizmin rəvac verilməsi və günahsız insanların qırğın edilməsindən başqa ad vermək mümkün deyil.

Aydın məsələdir ki, ABŞ İranla bağlı məqsədlərinə nail olmaq üçün regional və beynəlxalq vasitələrdən istifadə edərək, İranofobiya siyasətini icra etməyə çalışır.
İranın nüvə fəaliyyətlərini təhdid olaraq qələmə vermək və İranı terrorizmi himayə etməkdə günahlandırmaq bu çirkin siyasətin bir hissəsi sayılır.

Ağ Evin nəzərində terrorizmin pisi-yaxşısı var. ABŞ-ın mənafeyinə xidmət edən terrorizm “yaxşı” terrorizm hesab olunur. Lakin, ABŞ-ın maraqlarını təmin etməyən, ABŞ-ın mənafeyinə qarşı gələn istənilən rəftar “terrorizm” adlanır. Özü də “pis” növündən. Misal üçün əl-Qaidə ABŞ-ın mənafeyinə zidd rəftar etdikdə düşmənə çevrilir və hücuma məruz qalır. Amma, ABŞ-ın mənafeyinə xidmət etdikdə Ağ Evin himayəsini qazanır.

Bu ikili rəftar artıq 10 ildən çoxdur ki, ABŞ rəsmilərinin davranışlarının ayrılmaz hissəsinə çevrilib.

Bu həqiqəti dərk etmək üçün ABŞ-ın İrana qarşı siyasi və iqtisadi hücumları habelə, media təbliğatları dövrünə nəzər salmaq kifayət edər. Ağ Ev İran İslam Respublikasına təzyiq göstərmək üçün istənilən qeyri-insanı və qeyri-əxlaqi üsullardan istifadəni özünə caiz hesab edir. Elə, terrorizmlə bağlı illik hesabatların yayılması da bu qəbildəndir. Çünki, bu hesabatların hədəfi sırf ABŞ-ın siyasətlərinə qarşı gələn dövlətlərdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu