ABŞ Konqresinin Təhqiqat bölməsi İranı öz sülhməramlı nüvə proqramını genişləndirməkdən çəkindirmək üçün Amerikanın səyləri və sanksiyalarının yararlığına şübhə ilə yanaşıb.
ABŞ Konqresinin Təhqiqat bölməsi tərəfindən yayımlanan məlumatda bildirilir: Hərçənd sanksiyalar bəzi hallarda İranda şəraiti çətinləşdirib, lakin bu ölkəni nüvə proqramından kənarlaşdırmaq, daxildə silahların istehsalı sahəsində İslam Respublikasının potensialına və Suriya və müqavimət cəbhəsini himayə etməsinə əngəl törətməkdə iflasa uğrayıb.
ABŞ Konqresinin bu qurumunun bildirdiyinə görə, iqtisadi embarqoların mənfi nəticələri qeyri-neft mənbələrinə söykənməyə səbəb olub, daxili xammalın istehsalı təsir altına düşüb, valyuta sistemində digər problemlər yaranıb. Lakin bu dəyişikliklərə etirazlar olmayıb, üstəlik İranda dövlət birlik dəstəyi ilə öz nüvə fəaliyyətlərini davam etdirmək üçün ciddi iradə nümayiş etdirir.
ABŞ Konqresi Təhqiqat bölməsinin məlumatında bildirilir: İranın iqtisadi baxımdan özünü sanksiyalarla uyğunlaşdırdığını və onun müxtəlif yollarını zərərsizləşdirdiyini nəzərə alaraq, sanksiyaların strateji təsirləri azalır.
Bu məlumatda qeyd olunur ki, görünür sanksiyaların İranın Yaxın Şərqdəki strateji potensial və nüfuzunun azalmasına səbəb olmayacaq. Çünki ticarət şirkətləri sanksiyalara reaksiyada İranla müxtəlif yollarla öz ticarət mübadilələrini həyata keçirirlər.
Bu qurum sonda əlavə edib: İran iş adamları öz bank mübadilələri üçün müxtəlif mexanizmlərdən istifadə edir və son aylarda öz qeyri-neft ixracatını artırmışlar.