AzərbaycanXƏBƏRLƏR

Azərbaycan Respublikasının “Çövkən”lə bağlı addımına etiraz

İranın Arxeologiya Elmi Cəmiyyəti bir bəyanat yayaraq, Azərbaycan Respublikasının ənənəvi Çövkən oyununu dünya səviyyəsində öz adına qeydə aldırmaq üzrə səyinə etiraz edib.
İranın Arxeologiya Elmi Cəmiyyəti bazar günü müxtəlif məsələlərlə bağlı etirazların gündəmə gətirilməsi missiyasını daşıyan “iPetitions.com” saytına yerləşdirdiyi bir bəyanatda Azərbaycan Respublikasının ənənəvi Çövkən oyununu öz adına qeydə aldırmaq üzrə cəhdinə etiraz edib.

Bu bəyanat iPetitions.com saytına yerləşdirilməzdən öncə YUNESKO-nun baş katibi İrina Bokovaya göndərilib.

Bu bəyanatda deyilir: Çövkən oyunu Qarabağın milli oyunu kimi göstərilir. Halbuki, Çövkən oyununun Azərbaycana məxsus olduğu iddiasını sübut etmək üçün hazırlanmış klipdə İran şerləri və miniatüründən istifadə olunub. Amma, bu qeyri-maddi irsdə payı olan digər qonşu ölkələrə o cümlədən İrana və Çövkən oyununun İrandakı qədim tarixinə işarə olunmayıb.

Bu bəyanatda Bakıdakı iranlılardan da istənilib ki, dekabrın 2-də Bakıda YUNESKO-nun Dövlətlərarası Komitəsində Çövkən işi ilə bağlı səsvermənin keçirilməsi prosesini təxirə salsınlar ki, bu qeyri-maddi irsdə paya malik olan xalqların da onda iştirakına və bu istiqamətdə sənədlərin hazırlanmasına zaman əldə edilmiş olsun.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu