DünyaXƏBƏRLƏR

Sədə vilayətindəki əmin-amansızlıqlarda Ərəbistanın müdaxiləsi olub

İnsan Haqlarının Gözətçisi Təşkilatı bəyan edib : Yəmənin şimalında ayaq-alıb gedən əmin-amansızlıqlarda Ərəbistanın müdaxiləsi olub.
Təsnim xəbər agentliyi Ərəbistanın xəbər qaynaqlarına istinadən yazıb : Sözügedən təşkilat bir bəyanatda sələfilərin Yəmənin Əl-Husi qruplaşmasının üzvlərinə hücumlarının şiddətləndirilməsinə eləcədə Sədə vilayətində ” Demac ” şəhərində onlarla insanın həlak olmasına işarə edərək qeyd edib : Ali-Səud rejiminin himayəsi altında sələfi-təkfiri ünsürlərdən minlərlə nəfəri Ərəbistanın sərhədlərindən bu vilayətə soxulublar.
Yəmənin Ənsarullah şurasının üzvlərindən olan Zəifullah Əl-Şami Demac şəhərində sələfi-təkfiri qruplaşmaların üzvlərinin sayının artması barədə xəbərdarlıq edərək xatırladıb : Ərəbistan , Qətər və Amerikanın himayəsi altında olan təkfirilər bir aydan çoxdur ki, fitnə yaratmaq məqsədilə Sədə vilayətini mühasirəyə alıblar.
Son zamanlar 4 min nəfərə yaxın sələfi “Haşed ” və “Kətaf” məntəqələrində mərkəzləşmişdilər.
Onlar ” Kətaf ” və ” Haşed ” məntəqələrində daxil olduqdan sonra , Sədə vilayətinin cənub şərqində olan Demac şəhərindəki husiləri mühasirə almışdılar.
Demac şəhəri Ərəbistan sərhədlərindən 40 kilometr aralıda yerləşir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu