Suriya xalqı özlərinin adi həyatlarını davam etdirirlər.
Əl-Aləm Telekanalının Suriyadakı müxbiri belə məlumat verib: Xalqın həyatı təqribən adidir və Suriya ordusu da Amerikanın ehtimalı hücumu haqdakı hay-küydən təsir almadan özünün silahlı şəxslərə qarşı hərbi əməliyyatını davam etdirir.
Suriya xalqı dünən cümə axşamı günü həyata keçirilən rəy-sorğusunda müharibənin iki il yarımdır davam etdiyini və əslində Amerikanın elə böhranın ilk günündən muzdurları vasitəsilə Suriyaya qarşı hücum halında olduğunu bildirdilər.
Suriya xalqından olan Murtuza deyib: xalqın həyatı adi formada cərəyan edir və xalqa mühüm olan məsələ həyatları davam və zəfərə israr etməkdir. Bu elə həmən mövzudur ki, Suriya prezidenti Bəşşar Əsəd də ona təkid edir. Xalq Amerika və onun müttəfiqlərinin vəziyyəti dəyişməyəcəyinə inanırlar. Buna görə də Suriya ordusu öz əməliyyatlarını davam etdirir və çoxlu nailiyyətlər də əldə edibdir.