İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın baş komandanı deyib: Sionistlər bilməlidirlər ki, Amerikanın Suriyaya qarşı hərbi hücumu nəinki saxta sionist İsrail rejiminin Müqavimətin əlindən xilas olmasına səbəb olmayacaqdır, həm də Suriyaya hücum İsrailin çox yaxın gələcəkdə məhv olması mənasında olacaqdır.
İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın baş komandanı korpus generalı Məhəmməd Əli Cəfəri Təsnim Xəbər Agentliyi ilə müsahibəsi zamanı Suriyaya hücum haqda Amerikanın irəli sürdüyü təhdidlərə də işarə edib.
“ Amerika dövləti və onun bəzi müttəfiqləri son illər ərzində terrorçuları hərtərəfli himayə və onları müxtəlif növlü silahlarla təchiz etməklə regionda Müqavimət xəttinə zərbə vurmaq ardınca idilər və hal hazırda da belə nəzərə gəlir ki, terrorçular tərəfindən yürüdülən vasitəli formada olan müharibədə Suriyanın müqavimətli xalqı qarşısında rüsvayçı şəkildə məğlubiyyətə uğradıqdan sonra bilavasitə hərbi hədəyə üz tutublar.” –deyə korpus generalı Cəfəri bildirib.
İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın baş komandanı sonra belə vurğulayıb: Amerikanın Suriyaya qarşı hərbi hücumu təqdirində Suriya amerikanların qırğını mərkəzinə və Vyetnamdan daha təhlükəli bir müharibə meydanına, əslində isə Amerika üçün “Vyetnam 2”yə çevriləcəkdir.
Korpus generalı Cəfəri sonra deyib: Suriyaya qarşı hərbi hücumu himayə edən bəzi region dövlətləri və irticaçı ərəb rejimləri bilməlidirlər ki, bu müharibəpərəstliyin alovları Suriya ilə məhdudlaşmayacaq və bütün müharibə törədənlər və onların himayəçilərini də giriftar edəcəkdir.