Kanadanın baş naziri Stefan Harper ölkəsinin Suriyaya qarşı hərbi əməliyyatlarda yer almayacağını bildirib.
Kanada baş naziri eyni zamanda Ottavanın Suriyaya qarşı hərbi əməliyyatları himayə etdiyini deyib.
Suriyanın Şərqi Ğutə məntəqəsində müxaliflərə qarşı kimyəvi silahdan istifadənin edilməsi ilə bağlı Qərbin iddialarının ardınca Suriyaya qarşı hərbi əməliyyatlarla bağlı mübahisələr qızışıb.
Suriya hökuməti kimyəvi silahlardan istifadəni rədd edir və BMT müfəttişlərinə kimyəvi silahdan istifadə edilmiş məntəqədə araşdırmalar aparmaq icazəsi verib.
Buna rəğmən ABŞ hökuməti artıq etimad yaratmaq üçün çox gec olduğunu iddia edərək, müharibə təbilini çalır.
