AvropaDünyaXƏBƏRLƏR

Kanadanın Anti-Rusiya sanksiyaları

Ukrayna böhranı ilə əlaqədar Qərbin Moskvaya qarşı təzyiqlərinin artması ilə eyni zamanda, kanada isə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Kanada baş naziri Stefan Harper ötən gün (bazar ertəsi 28 aprel) bir bəyanat yayaraq, 9 rus rəsmisi həmçinin ölkənin 2 bankına qarşı embarqolarin tətbiq edilmsindən xəbər verib.

Harper bu bəyanatda iddia edib ki, Ukraynanın sabitsizliyə sürüklənməsi üzrə cəhdlər bəzi nəticələrlə yanaşı olacaq.

Bəyanatda deyilir ki, Rusiya tərəfindən Ukrayna ərazi bütövlüyünə və milli hakimiyyətinə hörmətin edilməməsinədək, Kanada digər müttəfiqləri ilə yanaşı Moskvaya qarşı təzyiqlərin artması üçün hazır olduğunu bildirir.

Amerika isə ötən gün (bazar ertəsi 28 aprel) anti-rusiya sanksiyaların üçüncü etapını icra etməyə başlayıb.

Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların üçüncü etapında 7 rus rəsmisi və 17 rus şirkəti hədəfə alınmışlar.

Ukrayna böhranı Rusiya ilə Qrəb arasında çaxnaşmaların görünməmiş şəkildə sərtləşməsinə gətirib çıxarıb.

Qərb ölkələri Rusiyaya təzyiqlərin artırılmalarının davamında, Moskvaya qarşı sanksiyalar tətbiq ediblər.

Rusiya isə bu sanksiyaların qeyri-konstruktiv olduğunu deyərək qarşı tərəfə bu kimi addımlar atdığı üçün xəbərdarlıq edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu