İranın Neft-kimya üzrə İşgüzarlar Cəmiyyətinin katibi, ölkənin neft – petrol məhsullarının dünya bazarlarına ixracatının artmasından xəbər verib.
İran qəzetinin bu günkü nörmrəsinin verdiyi məlumata əsasən, İran neft- kimya işgüzar cəmiyyətinin katibi Əhməd Məhdəvi cari ildə 14 milyard dollar həcmində İran neft –kimya məhsullarının ixrac edilməsi barədə gözləntiyə toxunaraq bildirib ki, neft – kimya üzrə sanksiyaların ləğv ediməsindən sonra, Avropa və Amerika bazarları da İran məhsullarının müştərilərinə əlavə olacaqlar.
O deyib: İran ötən ildə 10 milyard 723 milyon dollar dəyərində müxtəlif neft – kimya növlərini dünya bazarlarına ixrac edib.
Əhməd Məhdəvinin dediyinə əsasən, İran hər il 10 milyon ton neft-kimya məhsullarını ixrac etmək iqtidarındadır.