İraqın müxtəlif məntəqələrində törədilən terror aktlarında 40 nəfər hüseynçi zəvvar şəhid olub və onlarla nəfər də yaralanıb.
Aşura günü İraqın müxtəlif məntəqələrində baş verən terror aktlarında hüseynçi əzadarlardan 40 nəfəri şəhid olub. Bu xəbər kanalının məlumatına görə, ən şiddətli terror aktı Bağdadın cənubunda Əl-Seyidiyə məntəqəsində müşahidə olunub.
Bu əsnada Livanın Əl-Minar kanalı da Bağdadın şimalında aşura günü hüseynçi əzadarlara qarşı törədilən hücumda 15 nəfərin şəhid olub ,daha 65 nəfərin yaralanmasını bildirib.
Reuters xəbər agentliyi də bu hücumlarda yaralanmış şəxslərin sayının 65 nəfərə çatdığını elan edib.
Terrorçular bu gün Bağdadın cənubunda Kut şəhərinin yaxınlığında olan “Əl-Hufriyə ” məntəqəsində iki maşına quraşıdırılmış bomba ilə əzadar bir heyətin üzvlərini hədəfə alaraq 8 nəfərin şəhid olmasına daha 24 nəfərin yaralanmasına səbəb olub.