İran xalqı və bu ölkənin təmsilçiləri qarşılıqlı ehtiramdan xaric heç nəyi qəbul etməyəcək.
Bu fikri İranın xarici işlər naziri Tehranda jurnalistlər qarşısında səsləndirib.
İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif Tehranda jurnalistlər qarşısında ABŞ-ın dövlət katibi Con Kerrinin “İran Cenevrədə son nüvə müzakirələrini alt-üst edib ” –deyə iddiasına işarə edərək deyib : Amerikalılar hər nə qədər çalışsalar da , Cenevrədə baş verən reallığı dəyişə bilməzlər.
Zərif vurğulayıb : İran xalqının razılığını doğura bilməyən , bu ölkə xalqının hüququnu rəsmən tanıya bilməyən xüsusilə də qarşılıqlı ehtiram və eyni mövqeyə əsaslanmayan hər bir anlaşmanın nailiyyət şansı yoxdur.
Qeyd edək ki , 2013-cü il 7 noyabrda Cenevrədə başlayan və 9 noyabrda başa çatan İranla 5+1 qrupunun nüvə müzakirələri nüvə üzrə müştərək bəyanatın imzalanması mərhələsi həddinə qədər irəlilədi. Lakin Fransanın xarici işlər naziri tutduğu qeyri-məntiqi mövqeyi ilə bu müştərək bəyanatın imzalanmasına mane oldu
İki tərəf 2013-cü il 20 noyabrda Cenevrədə yenidən öz nüvə müzakirələrini başlamaq barədə razılığa gəlmişdir.