DünyaSuriyaXƏBƏRLƏR

Təl-Əviv və Ankaranın Suriya əleyhinə hava körpüsü.

Sionist rejim məsələləri üzrə siyasi şərhçi bu rejimin Suriyada müxalifətdə olan qüvvələrə silah çatdırmaq üçün işğal olunmuş ərazilərlə Türkiyə arasında hava körpüsü yaratdığını deyib.
Məhəmməd Mənsur əl-Aləm kanalı ilə müsahibədə sionist rejim ordusunun Baş Qərargah rəisinin Suriyada terrorçu qruplaşmaların sayının artması ilə bağlı xəbərdarlığı haqda deyib: Sionistlər Suriyadakı terrorçulara və Türkiyə ilə İordaniya sərhədlərində yerləşən terrorçuların hərbi təlim mərkəzlərinə silah və hərbi sursat çatdırmaq üçün işğal olunmuş ərazilərlə Türkiyə arasında hava körpüsü yaradıblar.
Məhəmməd Mənsur daha sonra deyib: Sionistlər terrorçuların Suriyadakı iştirakından qorxmurlar. Çünki, sionistlər BMT qüvvələrinin gediş-gəlişi ilə bağlı informasiyaları ötürməklə Colan yüksəkliklərində BMT sülhməramlılarından olan 21 filippinli hərbçinin terrorçular tərəfindən oğurlanmasına zəmin yaradıblar.
Məhəmməd Mənsur sionistlərin əl-Qaidə və əl-Nəsrə terrorçu qruplaşmalarına ehtiyaclı olduğunu vurğulayaraq, deyib: Sionist rejim əl-Nəsrə terrorçuları ilə sıx əməkdaşlığa malikdir. Çünki, bu terrorçu qruplaşmaya ehtiyaclıdır. Necə ki, Amerika ötən illərdə Əfqanıstanda Talibana ehtiyaclı olub. Lakin, bu ölkəyə qoşun yeritdikdən sonra bu qruplaşmanı məhv etməyə başladı.
Sionist rejim məsələləri üzrə mütəxəssis olan Məhəmməd Mənsur eyni zamanda deyib: Sionist rejimin ordu komandanlarından birinin sözlərinə habelə, ötən həftə sionist-amerikan AİPAC lobbi təşkilatının iclasına nəzər saldıqda Suriyaya hərbi müdaxilə ilə bağlı sözlərdən aydın olur ki, keçmişdə olduğu kimi pərdə arxasında qalmaq və öz planlarını icra etmək üçün ərəb və qeyri-ərəb ünsürlərdən istifadə etmək istəyirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu