Almaniyanin birinci dövlət televiziyasının verdiyi məlumata görə, Qazaxıstanın “Baykonor” kosmodromundan atılan kimi parlayıb parçalanan bu raket 3 peyki orbitə daşıyacaqmış.
Məlumatda deyilir ki mütəxəssislər bu hadisənin maliyyə ziyanlarının 200 milyon dolları ötdüyünü deyirlər.
Son 3 il ərzində Rusiyada peyk daşıyan raketlərin qəzaya uğraması halları artıb. Bu qəzalar nəticəsində bir neçə hazır peyk məhv olub.
