Fransanın hicablı anaları Bobini şəhərində aksiya keçirərək anaların, öz uşaqlarının məktəblərinə hicabla getmələrini yasaqlayan qanunun ləğv edilməsini tələb ediblər.
Hicablı analar “Analar Hamısı bərabərdir” qrupunun üzvləri habelə Fransada İslamofobiya ilə mübarizə komitəsinin üzvləri ilə bərabər Bobini şəhərinin akademik Şurasının qarşısında piket keçirərək anaların hicabını yasaqlayan qanunun ləğv edilməsini tələb ediblər.
2012-ci il martın 27-də təsdiqlənən qanuna əsasən hicab kimi aşkarcasına dini simvolların nümayiş etdirilməsi yasaqlanmışdır.