AzərbaycanXƏBƏRLƏR

Xüsusilə seçilmilmişlərimizi qoruyaq

Hacı Taleh Bağırov ilə məhbəs həyatı yaşamış Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı vurğulayıb : “ Hacı Taleh-in Azərbaycanın gələcək taleyində ciddi rol alacaq insanlardan biri olacağına əminəm”.

Öz facebook səhifəsində yenidən həbs edilmiş ilahiyyatçı Taleh Bağırov barədə status yazan Arif Hacılı bildirib : “Hacı Tale Bağırovla eyni vaxtda həbsxanada olmuşuq. Hacı Tale həbsdə olan inanclı siyasi məhbusların ən gənclərindən biri olsa da davranışı, intelekti ilə xüsusi seçilirdi. Hacı Tale Bağırov vətənini, millətini sevən, savadlı, nə istədiyini bilən, əqidəli bir gəncdir. Fanatik düşüncələrdən, başlıcası isə YAD TƏSİR lərdən uzaqdır. Onun narkotik ittihamı ilə həbsxanaya salması xüsusi ikrah doğurur”.

Arif Hacılı əlavə edib : “ Hacı Taleh dərhal azadlığa buraxılmalı, onun azdlığını əlindən alanlar, ona fiziki təziq göstərənlər cəzalandırılmalıdır. Qeyd edim ki, Hacı Tale başqalarından yaxşı mənada seçilirdi. Hakimiyyət seçilmişləri məhv etməklə cəmiyyəti cılızlaşdırmağa çalışır. Hər kəsi, xüsusilə seçilmilmişlərimizi qoruyaq.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu