DünyaXƏBƏRLƏR

Mübariz ruhani Taleh Bağırovun həbs müddəti bird aha uzadılıb

Avqusun 5-də Bakı Apellyasiya Məhkəməsi bir daha mübariz ruhani Taleh Bağırovun həbs müddətinin uzadılmasına qərar verib.

Vəkil Cavad Cavadlı bildirib ki, apellyasiya instansiyası Nərimanov Rayon Məhkəməsinin iyulun 26-da çıxardığı qərarı qüvvədə saxlayıb.
Vəkil vurğulayıb: “Başqa qərar gözləmirdik də. Apellyasiya məhkəməsində bildirdik ki, Taleh Bağırova narkotiklə bağlı ittiham elan olunub və bu işlə əlaqədar bütün istintaq hərəkətləri də bitib. Müstəntiq dedi, Tale Bağırovun çıxışlarının ekspertizası işi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindədir. Oradan hələ rəy alınmayıb. Qanunvericiliyə əsasən, ekspertizanın rəyi bir ay müddətinə hazır olmalıdır. Amma iki aydan artıqdır nəticə yoxdur.”
Hacı Taleh Bağırov martın 31-də tənqidi çıxışlarına görə tutulub və qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur!!
Azərbaycan Respublikasında Avroviziya mahnı müsabiqəsini və digər aşınmaları tənqid edən 150 nəfərə yaxın dini fəal və ruhani həbsdə saxlanılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu