DünyaXƏBƏRLƏR

Taleh Bağırov məhkəmədə xütbə dedi

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırov xütbə dedi, dindarları narkotiklə şərləyib həbs etməyi şərəfsizlik adlandırdı.

Vəkil Cavad Cavadlı deyib ki, apellyasiya şikayəti Nərimanov Rayon Məhkəməsinin Taleh Bağırovun həbs müddətinin daha bir ay uzadılması haqda qərarından verilib.

Qapalı məhkəmə iclasında Taleh Bağırov özü də iştirak edib: “Söz Taleh Bağırova veriləndə bildirdi ki, bu gün cümə günüdür. Məsciddə moizə söyləməyə imkanı olmadığı üçün məhkəmədə cümə xütbəsi söyləyəcək. O moizə elədi. Bildirdi ki, dindarları narkotiklə şərləyib həbs etmək şərəfsizlikdir: “Biz özümüzü azad insan hiss edirik. Zindanda olan sizlərsiniz. Sizin müstəqil qərar qəbul etməyə gücünüz yoxdur”. Sonda apellyasiya şikayəti təmin olunmadı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu