AzərbaycanXƏBƏRLƏR

Azərbaycanda məhkəmə günü

Dekabrın 19-da Azərbaycan Respublikasında silsilə məhkəməlr keçirilib. Siyası dəlillərlə həbs olunan vətandaşların məhkəmələrində, müttəhimlərin şikayətləri təmin olunmayıb. müttəhimlərin məhkəmələrinin süründürüldüyü deyilir.
5 oktyabr aksiyasında polis tərəfindən döyülüb, həbs olunan hicab məhbuslarının şikayəti təmin edilməyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Vəkil Zaman Səmədov bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin hökmünu qüvvədə saxlayıb.
***
2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunan digər dindarın məhkəmsində vəkillər iştirak etməyib.
Hicab məhbusu Nahid Qəhrəmanov hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə və ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə maddələri ilə mühakimə olunur.
Hilal Məmmədovun şikayətinə qapalı və istintaqsız baxılacaq

***
Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədovun həbsindən verilmiş şikayət üzrə hazırlıq iclası keçirilib. Hakim məhkəmə prosesini dekabrın 25-nə təyin edib
Vəkil Ramiz Məmmədov “deyib ki, proses məhkəmə istintaqı aparılmadan və qapalı keçiriləcək. Hilal Məmmədov 2012-ci ilin iyununda tutulub. Bu il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Hilal Məmmədovu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.
Hilal Məmmədov Bakı İstintaq Təcridxanasında saxlanır.

***
İlahiyyatçı Taleh Bağırovun Bakı Apellyasiya Məhkəməsində dekabrın 19-na təyin edilən məhkəmə prosesi təxirə düşüb.Vəkil Cavad Cavadlı deyib ki, şikayətə ilkin baxışdan Ali Məhkəməyə müraciət etdikləri üçün məhkəmə qeyri-müəyyən vaxta saxlanıb.

Taleh Bağırov martın 31-də tutulub. Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.
***
“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində proses keçirilib.
Mətbuat Şurası 2011-ci ildə “Xural”ı “reket qəzet” elan edib və qəzetin adını “qara siyahı”ya salıb. Əvəz Zeynallı şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.
Dekabrın 19-da keçirilən prosesdə Mətbuat Şurasının nümayəndələri də iştirak etmədiyindən hakim prosesi gələn il yanvarın 16-na saxlayıb.

***
“Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi dünəndə davam etdirilib.
Prosesdə iştirak edən Müsavat başqanı İsa Qəmbər məhkəmə zalından çıxarılıb. İsa Qəmbər zalı tərk etməyi tələb edən hakimə deyib: “Əminəm ki, bugünkü qərarınızdan sonra da siz və sizin kimilər uzun müddət vicdan əzabı çəkməli olacaqsınız. Zaman gələcək, qanunsuz əməllərinizə görə qanun qarşısında cavab verəcəksiniz”.
Qeyd edək ki, “Nida”nın 7 üzvü həbs edilib. İstintaq dövründə onlara qarşı zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə maddəsi ilə əlavə ittiham elan olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu