DünyaXƏBƏRLƏR

Asim Məmmədov: Yeganə təqsirim haqqı deməkdir

Nardaranda keçirilmiş 1 aprel aksiyasına görə tutulan gənc dindar Asim Məmmədov aprelin 18-də azad edilib.

Asim Məmmədov Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin I kurs tələbəsidir. O, 12 sutka həbs cəzası alaraq paytaxt polisinin Binəqədi rayonundakı təcridxanasında saxlanıb.

Gənc dindar azadlığa çıxandan sonra “Media forum” saytınıa həbsinin səbələrini açıqlayıb: “Mənim, eləcə də Azərbaycan hakimiyyətini tənqid edən digər fəalların həbsi siyasi səbəblərlə əlaqəlidir. Acınacaqlı hal budur ki, “yuxarılar” bunu açıqca söyləməkdən çəkinirlər. Məni “camaatı qanunsuz aksiyada iştiraka çağırmaq” və “polisə müqavimət göstərmək” kimi qondarma maddələrlə mühakimə ediblər.

– Aprelin 1-də Nardaranda ilahiyyatçı Taleh Bağırova azadlıq tələbi ilə keçirilmiş aksiyada iştirak etmişdim, özü də fəallardan idim. Amma yazıblar ki, guya “Əhmədli” metro stansiyasının yaxınlığında camaatı mitinqdə iştiraka dəvət etmişəm. Özüm mitinqə getmirəm, amma camaatı oraya dəvət edirəm?

Həbsdə olduğum müddətdəİdarənin əməkdaşlarından mənə hər hansı təzyiq yox idi. Ancaq müstəntiq məni qeyri-etik ifadələrlə təhqir etdi, narkotiklə 5-10 il müddətinə həbsə almaqla hədələdi, fiziki güc tətbiqinə də cəhd edildi. İzahatda bu faktın əks olunmasını tələb etdim. Bunu etdiklərini desələr də, məni aldatdılar. Müxtəlif bəhanələrlə izahatı doğru-dürust oxumağa imkan vermədilər, imza atmağa məcbur etdilər. Məhkəmədə isə üzümə dayandılar ki, belə hal olmayıb.

– Mənim yeganə təqsirim haqqı deməkdir. Azərbaycanda hökm sürən şəraitdə isə bu, zindana atılmaq üçün kifayətdir. Azərbaycan xalqında artıq zindan qorxusu da qalmayıb. Hakim dairələri təlaşa salan da məhz budur.

– Taleh Bağırovla şəxsi tanışlığım yoxdur. Mətbuatda onun yaxın dostu olduğum barədə yayılmış məlumat həqiqəti əks etdirmir. Sadəcə mömin möminə öz şah damarından daha yaxındır. Əqidəsindən asılı olmayaraq məzlumun yanında dayanmaq hər bir vicdanlı insanın borcudur.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu