İranXƏBƏRLƏR

İran neft ehtiyatı baxımından ABŞ-ı üstələdi

İranın Milli Neft Şirkətinin Neft Axtarışları İdarəsinin müdiri Zəkin adlı yeni karbohidrogen yatağının kəşf edilməsindən xəbər verib.

Hörmöz Qəlavənd Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisində təşkil edilmiş mətbuat konfransında yeni bir karbohidrogen yatağının aşkar edildiyini bildirib.

H.Qəlavənd yeni yatağın Fars körfəzinin altından Minab məntəqəsinə qədər geniş bir ərazini əhatə etdiyini deyib.

O, aşkar edilmiş yeni karbohidrogen yataqlarının nəzərə alınması ilə İranın neft ehtiyatının Venesuela və Ərəbistandan sonra dünyada üçüncü olduğunu bildirib. ABŞ isə bu sıralamada 4-cü yerdə durur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu