Suriyanın BMT-dəki nümayəndəsi Ərəbistan və Qətərin Suriyadakı terrorçuları silahla təmin etmələrinə işarə edərək, deyib: İsrail də terrorçuları informasiya ilə təmin etməklə yanaşı, yaralanmış terrorçuları müalicə edərək, onları Suriyaya geri göndərir.
BMT TŞ Suriya böhranı ilə əlaqədar uşaqların problemlərini araşdırmaq üçün iclas təşkil edəcək.
Bəşşar Cəfəri deyib: Ərəb Liqası da müxaliflərin silahlandırılması ilə bağlı qərar qəbul etməklə əslində Suriyada terrorizmi himayə edir.
Suriyanın BMT-dəki nümayəndəsi əlavə edib: Əl-Qaidə ünsürləri Suriya hadisələrində mühüm rola malikdirlər və Suriya böhranı bir insani yox, siyasi böhrandır.
Bəşşar Cəfəri həmçinin vurğulayıb: Liviyadan silahlar gəmi ilə Livana və Türkiyəyə gətirilir. Oradan isə İordaniya yolu ilə Suriyaya daxil edilir.
Bu iclasda Suriyada yaranmış böhranın uşaqlara qarşı cinsi zorakılıq və təcavüzlərə yol açdığı da qeyd olunub.
B.Cəfəri terrorçuların Suriyada yüzlərlə kilsə və məscidi yandırdıqlarını deyərək, vurğulayıb: Bəzi qonşu ölkələr də didərginlərin Suriyaya qayıtmalarına mane olurlar.