DünyaXƏBƏRLƏR

Yaponiyanın şimalında 7.2 bal gücündə zəlzələ

Yaponiyanın şimal adalarında Rixter Şkalası ilə 7.2 bal gücündə zəlzələ baş verib. Amma, hələ ki, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilməyib.

Frans Press bu zəlzələnin Qrinviç vaxtı ilə saat 03:05 dəqiqədə Tokionun 1490 kilometrliyində yerləşən Kuril adalarında baş verdiyini bildirib.

Zəlzələ Yaponiyanın ən şimal vilayəti olan Hokkaydoda güclü silkələnməyə səbəb olub.

Hokkaydo polisi indiyə kimi zəlzələ nəticəsində hansısa xəsarətlə bağlı məlumat daxil olmayıb.

Zəlzələ 2-ci dünya müharibəsinin sonlarında rusların nəzarəti altına keçən Kuril adalarında baş verib. Yaponiya isə bu adaların özününkü olduğunu iddia edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu