İranXƏBƏRLƏR

Şhell şirkətinin İrana neft boru 3,2 dəfə artdı

İranın Milli Neft Şirkəti tərəfindən Şhell şirkətinə neft satışının dayandırılmasından bir ilin keçməsinə baxmayaraq, bu İngiltərə-Hollandiya şirkətinin neft borclarının dəyəri ötən il mart ayının sonlarından indiyə qədər 2,3 dəfə artaraq 2,3 milyard dolları keçib.

İran neftinin İngiltərə-Hollandiya Şhell şirkətinin satılmasının qadağan olunmasından bir ilin keçməsinə baxmayaraq, dünyanın bu nəhəng neft şirkətinə İrandan qara qızılın satın alınmamasına görə 4 milyon dollar ziyan dəyib.

İranın neft naziri Rüstəm Qasimi ötən il mart ayının sonlarında Mehr İnformasiya Agentliyi ilə müsahibədə İranın Milli Neft Şirkətinin Şhell Şirkətinə neft satışını dayandırdığını bəyan edərək bu şirkətdən İranın neftlə əlaqədar tələbinin təxminən 1 milyard dollar olduğunu bildirmişdi.

Bu açıqlamadan bir ilin keçməsi ilə Röyters bir məlumatda Şhell Şirkətinin İrana neft borclarının 2 milyard 336 milyon dollara qədər artdığını bildirib.

İngiltərə-Hollandiya Shell Şirkəti İranın xam neftinin əsas müştərilərindən biridir. Belə ki, sanksiyalar artırılmamışdan öncəyə qədər orta hesabla gündəlik 150-200 min barel İran nefti bu şirkətə satılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu