AzərbaycanXƏBƏRLƏR

Hacı Taleh Bağırov : “Zindandan o tərəfə ölümdür və bunu gözümə almışam”

Bakı İstintaq Təcridaxanasının rəisi Azər Seyidov təcridaxanada saxlanılan mübariz ruhani Hacı Taleh Bağırovu təcridxanadan yolladığı müraciətə görə növbəti dəfə “kars”a salıb.

Vəkil Cavad Cavadov bunu açıqlatıb.
Avqustun 26-da təcridxanada Hacı T.Bağırovla görüşən vəkil bildirib ki, müraciət rəisə çox pis təsir edib və göstəriş gəlib ki, onu cəzalandırın: “Hacı Taleh rəisə deyib ki, ”zindandan o tərəfə ölümdür və bunu gözümə almışam, bunu başa düşsünlər, bizim tələblərimiz var, onlar yerinə yetirilməlidir. Bizə qarşı bir addım gələnə biz beş addım gedərik”. Hacı Taleh hamıya çatdırmağı xahiş etdi ki, yüksək ruhiyyədə olsunlar, Allah bizimlədir!”
Sözügedən müraciətdə ilahiyyatçı son dövrlərdə Misir, İraq, Fələstin və Bəhreyn kimi müsəlman ölkələrində baş verənləri qeyd edib, eyni zamanda Azərbaycanda repressiv siyasəti sərt şəkildə tənqid edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu