İranın Xarici İşlər Nazirliyinin keçmiş bir əməkdaşı Raşa Tudey telekanalına deyib: İranın nüvə işində Fransanın məsələsi bomba deyil. Çünki, 400 atom bombasına malik olan İsrail ilə strateji əlaqələrə malikdir və Hindistan ilə Pakistana atom bombası istehsalında kömək edib.
İranın sabiq müzakirə heyətinin üzvü olmuş Hüseyn Musəviyan Raşa Tudey ilə müsahibədə Fransanın nüvə müzakirələrində İsrailin nigaranlıqlarının nəzərə alınmasında israrlı olması və Fransa prezidenti Fransua Olandın nüvə müzakirələri astanasında İsrailə səfər etməsini və bunun növbəti Cenevrə müzakirələrinə təsiri haqda deyib: Masa üzərində sülhsevər bir anlaşma sənədinin ilkin mətni var. Əgər İsrailin iddiaları əsasında Fransa belə bir anlaşmanın əldə olunmasına imkan verməzsə, böyük bir tarixi səhvə yol vermiş olacaq. 1992-ci ildə İsrail iddia etmişdi ki, İran 1995-ci ildə atom bombası istehsal edəcək. 1995-ci ildə isə İsrail yenidən iddia etdi ki, İran 1998-ci ilə kimi atom bombası düzəldəcək. 1998-də isə İsrail İranın 2002-ci ildə nüvə silahı əldə edəcəyini iddia etdi. 20 ildir ki, İsrail bu iddianı təkrarlayır və hər dəfə bu iddianın yalan olduğu aydınlaşır. İsrailin yalanlarına istinad etmək böyük bir səhvdir.
H.Musəviyan Fransanın İranın nüvə silahı ardınca olmadığından əmin olmadığı zamana kimi sanksiyaları azaltmayacağı barədəki açıqlamasına və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə fəaliyyətləri ilə bağlı son hesabatına işarə edərək, deyib: Əvvəla, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ötən 10 ildə İranın nüvə təsisatlarına 5 min nəfər-gün baxış keçirib və daim elan edib ki, İranın nüvə fəaliyyətlərində hərbi məqsədlərə doğru heç bir yayınma halı müşahidə etməyib. İkincisi, mən təsəvvür etmirəm ki, Fransanın məsələsi nüvə silahı olmuş olsun. Çünki, Paris 400 atom bombasına malik olan İsrail ilə strateji əməkdaşlığa malikdir. Həmçinin, Fransa atom bombası düzəltməkdə İsrail, Hindistan və Pakistana kömək edib. Hətta, ötən əsrin 80-ci illərində Səddama bir nüvə reaktoru vermişdi ki, atom bombası yanacağından istifadə edirdi. Bütün bunlar Fransanın ikili davranmasından və dünyada nüvə silahlarının yayılmasındakı aktiv rolundan xəbər verir.