İranXƏBƏRLƏR

“İranın sülhməramlı nüvə fəaliyyətləri güclü şəkildə davam edir”

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: İranın sülhməramlı nüvə fəaliyyətlərinin bütün gedişi güclü və öncədən təyin olunmuş proqramla davam edir və onda heç bir dayanma baş verməyib.

 

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi İSNA ilə müsahibədə texniki və tədqiqat fəaliyyətlərində iş prosesinin digər fəaliyyətlərdən fərqli olduğunu bəyan edərək söyləyib: İranın nüvə fəaliyyətlərini bu çərçivədə müşahidə etmək lazımdır və bir neçə ay fəaliyyətin azalmasına görə bütün iş barəsində münsiflik etmək olmaz.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İran barəsindəki son hesabatı nəzərə alaraq bəzi tənqidlərə toxunan Kamalvəndi deyib: Hər bir şəxsin bu hesabatdan və təqdim olunmuş mövzulardan öz çıxarı olsun. Lakin İranın nüvə sənayesi güclü və öncədən təyin olunmuş proqramla davam edir.

İran Atom Enerjisi Təşkilatının sədri nüvə fəaliyyətlərinin “azalması və ya dayandırılması” ilə bağlı istənilən versiyaları rədd edərək bildirib: Nüvə mərkəzləri və yaxud fəaliyyət obyektlərindən heç birində fəaliyyətin azalması və yaxud dayandırılması yoxdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu