Tehranın nüvə məsələsi haqda müzakirələrin məsuliyyəti İranın Xarici İşlər Nazirliyinin öhdəsində verildi.
İİR-nın prezidenti Həsən Ruhani cümə axşamı günü bir məktubda ölkənin xarici işlər nazirliyinə müraciət edərək Tehranın nüvə məsələsi haqda Qərb ölkələri ilə olan müzakirələrin məsuliyyətini bu nazirliyin öhdəsinə verib.
Qeyd edək ki , bundan qabaq , İranın milli təhlükəsizlik ali şurası Tehranın nüvə məsələsi haqqda 5+1 qrupu ilə müzakirə aparırdı.
