DünyaİranXƏBƏRLƏR

İran , AB və ABŞ-ın üçtərəfli müzakirələrinə start verildi

 İran İslam Respublikasının xarici işlər naziri, Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi və ABŞ-ın dövlət katibinin üçtərəfli müzakirələrinə start verildi.

Müxbirimizin Cenevrədən  verdiyi məlumata görə Cenevrə-3 müzakirələrinin davamında Zərif, Aşton  və Kerrinin üçtərəfli danışıqları keçirildi.

Bundan əvvəl ölkəmizin xarici işlər naziri və onun müavini 5+1 qrupunun digər rəsmiləri ilə ikitərəfli və neçətərəfli görüşlər keçiriblər.

İran və Cenevrə-3  danışıqlarında iştirak edən digər ölkə rəsmilərinin çıxışları bu görüşlərin müsbət olduğunu göstərir.

İranın xarici işlər naziri söyləyib: İran xalqına zəmanət verirəm ki, zənginləşdirmə prosesi mütləq dayandırılmayacaq.

Məhəmmədcavad Zərif şənbə günü razılaşmanın təfərrüatı barədə danışıqların davam etməsini bildirərək vurğulayıb: Nüvə müzakirələrinin hər bir nəticəyə çatdığından asılı olmayaraq İranda uranın zənginləşdirmə prosesi dayandırılmayacaq və saflaşdırma hər bir razılaşmanın tərkib hissəsində olmalıdır.

Zərif müzakirələrin, bu mövzuların yazılması mərhələsinə çatdığını bildirərək söyləyib: Hər bir kələmənin özünə  məxsus mənası var və İranın nüvə müzakirəçisi qrupu İran xalqı üçün ən yaxşı nəticəni əldə etməyə təşəbbüs göstərir.

İran və 5+1 qrupu müzakirələrinin yeni dövrü çərşənbə günü noyabrın 20-də Cenevrədə başlandı və 5+1 qrupunun xarici işlər nazirlərinin iştirakı ilə 4-cü gününü arxada qoymaqdadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu